
Fransa prezidenti Emmanuel Makron Qazaxıstanın paytaxtına rəsmi səfərə gəlib. Makron Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirib ki, iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Fransa dövlət başçısının administrasiyası əvvəllər qeyd edib ki, Qazaxıstan prezidenti ilə danışıqlarda beynəlxalq və regional məsələlərlə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivləri, xüsusilə ticarətin inkişafı və investisiyaların genişləndirilməsi, enerji sektorunda əməkdaşlığın inkişafı mühüm yer tutacaq.
Makron Qazaxıstandan sonra nazirlər və iri korporasiyaların rəhbərləri ilə birlikdə Özbəkistana səfər edəcək.
Gununsesi.info