Makron Roma Papasından bunu istəyib

Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən rusiyalı və amerikalı həmkarları Vladimir Putinlə Co Baydenə zəng etməyi xahiş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Le Point” jurnalı yayıb.

Nəşr bildirir ki, Makron Fransiski Ukraynada sülhün bərqərar olmasına yardım etməyə çağırıb.

Makron Roma Papasından, həmçinin patriarx Kirillə də zəng etməyi xahiş edib.

Məlumata görə, Makronun fikrincə, Fransisk Baydeni Ukraynadakı münaqişəyə dinc yolu ilə həll tapmağa çağıra bilər.

Qeyd edək ki, Roma Papası oktyabrın 24-ü Emmanuel Makronu qəbul edib.

Gununsesi.info