Makron Rusiyanı Afrikada dezinformasiya yaymaqda ittiham edib

  • By admin
  • 21 Noyabr 2022 10:37

Fransa prezidenti Emmanuel Makron Rusiyanı dezinformasiya yaymaqda ittiham edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Tunisdə keçirilən Frankofoniya konfransı çərçivəsində “TV5 Monde” telekanalına müsahibə verib.

Onun sözlərinə görə, Fransanın Afrikadakı hərbi uğursuzluqlarından sonra Rusiya öz layihəsini inkişaf etdirmək üçün burada dezinformasiya ilə məşğuldur.

O biildirib ki, bu cür qəddarlıqlar Rusiya, bəzən də başqaları tərəfindən maliyyələşdirilən siyasi layihədir.

“Afrikada öz təsirlərini yaymaq istəyən bir sıra güclər öz maraqları naminə Fransaya zərər vermək, onun dilinə xələl gətirmək istəyirlər”, – deyə Avropa dövlətinin başçısı bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində Makron səkkiz illik antiterror missiyasına son qoyaraq fransız qoşunlarının Malidən çıxarılması haqqında qərar verib.

Gununsesi.info