Makron və Meloni Qranada sammitində diplomatik mübahisəyə səbəb oldu

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Giorgia Meloni İspaniyanın Qranada şəhərində keçirilən AB-nin qeyri-rəsmi sammiti zamanı diplomatik mübahisəyə səbəb olub.

Gununsesi.info xəbər verir ki,  bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Makron və Meloni miqrasiya mövzusunu müzakirə etmək üçün Britaniyanın baş naziri Rişi Sunak ilə planlaşdırılmamış görüşə razılaşıblar. Öz növbəsində İspaniya hökumətinin başçısı vəzifəsini icra edən Pedro Sançes bu müzakirənin onun apardığı rəsmi danışıqlardan yayındıra biləcəyini hesab edib və oktyabrın 5-də Sunakla keçirdiyi mətbuat konfransını ləğv edib.

Qranadada keçirilən qeyri-rəsmi sammitdə Avropa İttifaqının dövlət və hökumət başçıları miqrasiya böhranının həlli ilə bağlı razılığa gələ bilməyiblər, nəticədə bu məsələ görüşün yekununda qəbul edilmiş bəyannamədən çıxarılıb.

Səid Əhmədli
Gununsesi.info