Makron və Netanyahu İsrail-Livan sərhədindəki gərginliyi müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd zonasında gərginliyi telefon danışığı zamanı müzakirə ediblər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Fransanın İsraildəki səfirliyinin X hesabında məlumat verilib.

Makron İsrail və “Hizbullah” arasında qeydolunan ərazidə gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə edib.

Bölgədə Livan və İsrailin maraqlarına zidd işləyəcək gərginliyin artmasının qarşısının alınması lazım olduğuna diqqət çəkən Makron, belə bir vəziyyətin regional sabitlik üçün son dərəcə təhlükəli bir inkişaf olacağını qeyd edib.

Makron bütün tərəflərin diplomatik həllə doğru sürətlə hərəkət etməli olduğunu vurğulayıb və maksimum təmkinlili olmağa diqqət çəkib.

Fransanın diplomatik həll üzərində işləməyə hazır olduğunu deyən Makron, İsrailin Rəfah və Xan Yunisdə başladığı yeni hərbi əməliyyata qarşı olduğunu bildirib.

Makron, humanitar yardımların insanların ehtiyaclarına uyğun olaraq bölgəyə çatması üçün Qəzzada dərhal və daimi atəşkəsin əldə edilməli və keçid məntəqələrindəki bütün maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, danışıq zamanı İranın nüvə proqramı da müzakirə olunub.

 

 

 

Ceyhun

Gununsesi.info