Makron xalqa müraciət edəcək

  • By Günel
  • 05 Dekabr 2024 08:37

Fransa Prezidenti Emmanuel Makron bu gün axşam saatlarında xalqa müraciət edəcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV Yelisey sarayına istinadən məlumat yayıb.

Onun çıxışının Bakı vaxtı ilə 23:00-da olacağı qeyd olunub.

Xatırladaq ki, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.

Gununsesi.info