Fransa prezidenti Emmanuel Makronun Yelisey sarayında təşkil etdiyi yəhudi dini mərasimi ölkədə dünyəvilik mövzusunda müzakirələrə səbəb olub. Siyasi spektrin müxtəlif qanadlarından olan partiyalar Makronu “Respublikaya xəyanətdə” ittiham ediblər.
Gununsesi.info xəbər verir ki, Makron bu yaxınlarda Yelisey sarayında Hanukka (İşıqlar) Festivalı üçün mərasim təşkil edib və Fransanın Baş ravvini Haim Korisanı bu mərasimə dəvət edib. Bu dəvəti qəbul etmək Makronun antisemitizmlə mübarizəsinin mükafatı kimi qiymətləndirilib.
Lakin mərasimin videosu sosial mediada paylaşıldıqdan sonra böyük dünyəvilik müzakirəsi başlayıb.
Historique !
Allumage de la 1ere bougie de #Hanouka au Palais de @Elysee par le Grand Rabbin de France @HaimKorsia avec @EmmanuelMacron
La petite lumière chasse beaucoup d’obscurité !@PinchasRabbi @ElieKorchia pic.twitter.com/or58WGDhKY— Mendel Samama (@EURORabbi) December 7, 2023
Gununsesi.info