Makrona sui-qəsdin detalları açıqlandı

  • By admin
  • 04 İyul 2017 19:11

makron
Məlum olduğu kimi bir neçə gün öncə Paris polisi Fransa prezidenti Emmanuel Makronu qətlə yetirmək istəyən 23 yaşlı gənci saxlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu planı adı çəkilməyən kompüter oyunları forumunun istifadəçiləri ifşa ediblər.

Belə ki, sui-qəsti planlaşdırmış şəxs həmin forumda digər istifadəçilərdən “Kalaşnikov”a bənzər silahın hardan tapılması mövzusunda sual verib. Forum istifadəçiləri dərhal bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Məlumata görə, o, 14 iyulda “Bastiliya Alınması Günü”ndə Makronu qətlə yetirməyi planlaşdırırmış. Terrorçunun həbsi zamanı o, hüquq-mühafizə orqanları nümayəndələrini soyuq silahla hədələyib.

Onun kompüterində internet brauzerinin incələnməsi zamanı məlum olub ki, Emmanuel Makronun olduğu yeri tapmağa çalışıb. O etiraf edib ki, onun planlarına həmçinin müsəlmanları, yəhudiləri, qara dərililəri və seksual azlıq nümayəndələrini qətlə yetirmək də daxil olub.

Gununsesi.info