Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham

Fransa prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalara görə Rusiyanı ittiham edib.

Gununsesi.info  xəbər verir ki, “Reuters”in məlumatına görə, Makron sərhəddə baş vermis sentyabr döyüşlərini Rusiyanın “məqsədli təxribat”ının nəticəsi adlandırıb. Onun sözlərinə görə, bütün bunlar Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” baş verib.

HTML tutorial

“Son iki ildə sərhəddə nələr baş verir… Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar”, – Makron bildirib.

“Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”.

Makron əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq.

“Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”, – Fransa prezidenti əlavə edib.

O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub.

“Bu sammit Ermənistanın baş nazirinə həm də müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, – deyə Makron qeyd edib,

“Avropa İttifaqı  qaz tədarükü ilə bağlı saziş imzaladığına görə qurumun  Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır.

“Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.

Gununsesi.info