
Fransada 17 yaşlı Əlcəzairli gəncin polis tərəfindən güllələnməsindən sonra başlayan etirazlar dayanmaq bilmir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, kütləvi etirazlar zamanı 3 minə yaxın insan nəzarət altına alınıb.
Alovlanan etirazlardan sonra ictimai nəqliyyat səfərləri ləğv edib. Polis etirazçılara gözyaşardıcı bibər qazı sıxıb. Kütlə və polislər arasında yaşanan toqquşmalarda avtomobillər yandırılıb, binalar hədəf alınıb. Hüquq-mühafizə orqanları etirazların yenidən alovlanması ehtimalına qarşı, zirehli texnikanı Marsel şəhərinə yönləndirib.
Fövqəladə vəziyyət də daxil, hər cür seçimin masada olduğu Fransada Prezident Emanuel Makron vəziyyət toplantısı etmək üçün bəzi hökumət üzvləri ilə görüşüb.
Lion şəhərində etirazçılar və polislər arasında qarşıdurma olub. Xüsusi təyinatlılar etirazların yatırdılmasında bu şəhərdə iş görür.
Durumun ciddiliyindən narahat olan Prezident Makron ölkədəki nizamın təmin edilməsinə göstəriş verib.
Nazirlərlə toplantı keçirən Makron sakitliyin bərpası üçün uzun vədəli bir proqram başlatmağa qərar verib.
Ölkə çapında 45 min polis və jandarma işçisi vəzifəsi başında olaylara müdaxilə edir.
10 şəhərdə küçəyə çıxma qadağası var.
Daxili İşlər Naziri Gerald Darmanin gerçəkləşdirdiyi toplantıda yeni polis nəzarətə almalarının çoxaldılmasını tələb edib.
Fransdakı etirazlar Belçika və İsveçrəyə də sıçrayıb. Fransada durum gərgin olaraq qalır. Hökumət qəzəbli vətəndaşların qarşısını ala bilmək üçün yeni həmlələr başlatmağı planlaşdırır.
Tərcümə: Arzu