Makronla bağlı araşdırma BAŞLADILDI

  • By admin
  • 24 Noyabr 2022 21:25

Fransa Prezidenti Emmanuel Makronun 2017-ci ildəki seçki kampaniyası ilə bağlı araşdırma başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri yazıb.

Bildirilir ki, ABŞ-ın “McKinsey” konsaltinq şirkəti Makronun seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə şübhəli bilinib.

Nəşrin məlumatına görə, araşdırma əvvəlcə özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi faktları üzrə aparılıb.

Şirkətin Fransa ofisi son 10 ildə vergidən yayınmaqda şübhəli bilinir. İstintaq Makronla “McKinsey” arasında əlaqələrin olduğunu açıqlayıb.

Gununsesi.info