Makronun canlı yayımda etdiyi hərəkət sosial şəbəkədə gündəm oldu - VİDEO

Fransa prezidenti Makron qatıldığı bir verilişdə alıcılıq qabiliyyəti ilə bağlı sualı ilə masanın altından gizlincə lüks saatını çıxarıb. Bu anlar Fransa mediasının gündəminə çevrilib.

Gununsesi.info xəbər verir ki, Fransada pensiya islahatı etirazları davam edərkən, Makronun qatıldığı bir televiziya proqramında etdiyi hərəkət çox danışılıb.

HTML tutorial

Fransa prezidenti alıcılıq qabiliyyəti ilə bağlı sualı cavablandırarkən minimum əməkhaqqı alan işçilərin çox yaxşı işlədiyini bildirərkən əllərini masanın altına qoyub.

Makron əllərini stolun altından çıxaranda saatın biləyində olmadığı görülüb.

Bunu dərk edən tamaşaçıların ətraflı şəkildə nümayiş etdirdiyi görüntülər bir anda Fransanın gündəminə çevrilib.

80 min avro dəyərində olduğu bildirilən saatı məharətlə qolundan “oğurlamadan” alan Makronun rahat davranışı diqqət çəkib.

Sosial şəbəkədə birdən-birə gündəmə gələn hadisədən sonra insanlar “kimi altdatırsan” kimi çoxlu şərhlər paylaşıblar.

Gununsesi.info