Makronun həyat yoldaşı anlatdı: “Onun 15 yaşı olanda mən 40 yaşımda idim və qorxurdum…”

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Fransa mediasına danışaraq aralarındakı yaş fərqinin münasibətlərinin əvvəlində necə çətinliklər yaratdığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, aralarındakı böyük yaş fərqinə görə daim gündəmdə olan Bricit Makron və əri Emmanuel Makronun münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar verilib.

Fransa mediasına danışan 70 yaşlı Bricit Makron “Fransa gələcək prezidenti” ilə görüşməyə başladığı zaman başına gələnləri danışıb. Makronun cəmi 15 yaşında ikən 40 yaşında olduğunu deyən Bricit Makron narahatlıqlarını dilə gətirib: “Münasibətin əvvəlində daim narahat idim. Beynim qarışıq idi. Qorxurdum ki, o, məni öz yaşıdıyla tərk edib getsin”.

Bricit evlilikləri ilə bağlı “Paris Match” jurnalına danışıb. “Emmanuel təhsil almaq üçün Parisə gedəndə öz-özümə dedim ki, onun yaşıd birinə aşiq ola bilər, amma bu heç vaxt baş vermədi”, – deyə o əlavə edib.

Hazırda 70 yaşı olan Bricit Makronla Fransa prezidenti arasında 25 yaş fərq var.

Gununsesi.info