Makronun pivəni insanlar qarşısında başına çəkməsi ölkədə çəkişmələr yaratdı

  • By admin
  • 20 İyun 2023 16:39

Fransa Prezidenti Emmanuel Makron yenidən dünyanın gündəminə gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, Makron bir reqbi komandasının paltardəyişmə otağına gedərək bir şüşə pivəni başına çəkməsi ölkədə etirazlara səbəb olub.

Görüntülərdə şüşəni əlinə alaraq içməyə başlayan Fransa Prezidentinin bu davranışına tənqidlər yağıb. Siyasətçilər “Nəyi isbat etmək istəyir?”, “Vaxtı yaxşı əyləncəli keçirməyi bilir”, “Siyasi liderlikdə toksik adamlıq bir foto ilə bu cür anladılar”, şəklində cümlələr səsləndiriblər.

Makronun bu görüntüsü 17 saniyədə sosial mediada paylaşma rekordu qırıb.

 

Arzu

Gununsesi.info