
Fransada keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident Emmanuel Makronun populyarlığı ölkədə təqaüdə çıxanlara qarşı etirazlar səbəbindən bir ayda 6 pillə azalıb.
Gununsesi.info Fransa mediasına istinadən xəbər verir ki, BVA ictimai rəyi araşdırma qrupunun sorğusuna əsasən, fransızların 70 faizindən çoxu Makronun yaxşı prezident olmadığını düşünür.
Populyarlığı 28%-ə düşən Makron bu vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədir.
Digər tərəfdən, islahatı parlamentə təqdim etmədən birbaşa qəbul edən baş nazir Elisabeth Borne-nin populyarlığı 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri 2 pillə azalaraq ən aşağı səviyyəyə düşüb.
Respondentlərin üçdə ikisi pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahatın geri götürülməsini istəyir.
Sorğu martın 24-25-də ölkə əhalisini təmsil edən yaşı 18-dən yuxarı olan 1000 nəfər arasında aparılıb.
Əvvəlki aylarda keçirilən sorğularda Makronun populyarlığı 34 faizdən yuxarı qalxmışdı.
Tərcümə:
Şəbnəm
Gununsesi.info