Maks Ferstappen liderliyini möhkəmlətdi

  • By admin
  • 27 İyun 2021 20:13

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Ştiriya Qran-prisinin qalibi olub.

Gununsesi.info xəbər verir ki, Yarışın rəsmi saytından verilən məlumata görə, o, 8-ci mərhələdə finişə ikinci çatan “Mercedes” pilotu Luis Hemiltonu qabaqlayaraq turnir cədvəlindəki liderdiyini daha da möhkəmlədib.

Yarışda ilk üçlüyü Hemiltonun komanda yoldaşı Valtteri Bottas tutub.

Qeyd edək ki, hazırda “Red Bull” konstruktorlar kubokunda da “Mercedes”i qabaqlayır.