Mal əti yenidən BAHALAŞDI

Son günlər Bakıdakı ticarət mərkəzləri və ət kəsimi obyektlərində mal ətinin yenidən bahalaşdığı müşahidə olunur.

Gununsesi.info  xəbər verir ki, ət satışı həyata keçirən ticarət obyektlərində qiymətlərdəki artımın 1 manat təşkil etdiyi nəzərə çarpır.

Hazırda şəhərin mərkəzindən nisbətən kənardakı ət kəsimi obyektlərində mal əti minimum 14 manata satılır. Şəhərin mərkəzindəki obyetlərdə və supermarketlərdə isə qiymət 15-16-17 manata çatır.

Gununsesi.info