Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı

  • By Admin2
  • 15 Mart 2025 11:02

Salyan rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, dünən saat 13 radələrində Düzənlik kənd sakini 2002-ci il təvəllüdlü Mehdi Şirvanovun meyiti kənd ərazisindəki boş sahədə tut ağacından asılmış vəziyyətdə tapılıb. Onun özünü asaraq intihar etməsi məlum olub.

Bildirilir ki, hadisə vaxtı M.Şirvanov kənd sakinlərinin mal-qarasını örüşdə otarmağa aparıbmış.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info