Malatya sakinləri səhəri ard-arda zəlzələlərlə açdılar

  • By admin
  • 13 Mart 2023 10:00

Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda səhərə yaxın iki zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, yerli vaxtla saat 04:34-də 4,7 bal gücündə zəlzələdən sonra saat 05:13-də 4,5 bal gücündə daha bir zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, ilk zəlzələnin təxminən 10 kilometr, ikincinin isə 8 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Ərazidə axtarış-xilasetmə işləri aparılır.

Gununsesi.info