
Türkiyəndə Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət (FETÖ/PDY) şəbəkəsi ilə bağlı aparılan istintaq çərçivəsində daha 14 nəfər saxlanılıb.
Gununsesi.info-nun Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, Malatya şəhər prokurorluğun təlimatı üzrə Rayon Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları Malatya vilayətində əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 14 polis məmuru nəzarətə götürülüb. Hazırda həmin şübhəlilərin yaşadıqları evlərində axtarış aparılır.
Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra Rayon Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinə aparılıb.
Anar
Gununsesi.info