Malayziya alimləri ananasdan dron düzəldirlər…- FOTOLAR+VİDEO

  • By admin
  • 14 Yanvar 2021 11:03

Bu cür pilotsuz uçaq təxminən 1000 m yüksəkliyə qalxır və 20 dəqiqə havada qalaraq 65 km məsafəni problemsiz uça bilir…


Malayziyada bir qrup elm adamı adətən atılan ananas yarpaqlarındakı lifləri dron çərçivələri hazırlamaq üçün davamlı bir materiala çevirə bilən yeni texnologiya aşkar ediblər.
Bu haqda  “WorldinNews” nəşri məlumat yayıb.
Putra Universitetinin professor Məhəmməd Tariq Həmid Sultanın rəhbərlik etdiyi tədqiqatçıları ixtira etdikləri biokompozit materialdan hazırlanan pilotsuz təyyarələrin sintetik liflərdən hazırlananlardan daha möhkəm olduğunu iddia edirlər. Belə dron lar həm də daha ucuz, daha yüngül və ekoloji cəhətdən təmizdirlər.
Ananas yarpaqlarından hazırlanan pilotsuz uçaq təxminən 1000 m yüksəkliyə qalxır və 20 dəqiqə havada qalaraq 65 km məsafəni problemsiz uça bilir.
Malayziya alimləri kənd təsərrüfatında və havadan təftişdə ehtiyac duyulan görüntü sensorları da daxil olmaqla daha çox yükü qaldıra biləcək böyük bir dron da yaratmağı planlaşdırırlar.

Gununsesi.info