Malayziyada vaksinasiyadan keçməyənlər imtiyazlarının bir hissəsini itirəcək

  • By admin
  • 17 Oktyabr 2021 08:42

Malayziyada koronavirusa qarşı peyvənd vurdurmayanlar imtiyazlarını bir hissəsini itirəcəklər.

Bu barədə ölkənin Baş naziri İsmayıl Sabri Yakob xəbərdarlıq edib.

Siyasətçi ölkə sakinlərini ən qısa zamanda koronavirusa qarşı vaksinasiyadan keçməyə çağırıb.

O qeyd edib ki, bu gün Malayziyada peyvənd vurdurmaq məcburi olmasa da, vaksinasiyadan keçməyənlər imtiyazlarının bir hissəsini itirəcəklər. Belə ki, bu şəxslər məscidə, restorana və ya kafeyə girə bilməyəcəklər, həmçinin başqa şəhərlərə gedə bilməyəcəklər.

Gununsesi.info