
ABŞ-da irqçiliklə mübarizənin simvolu sayılan müsəlman fəalı “Malcolm X”-ın öldürülməsinin 52-ci ildönümü Nyu-Yorkda qeyd edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Malcolm X” yaşadığı dövrdə ABŞ-da irqçiliyə qarşı mübarizə aparıb.
Belə ki, bütün dünyada insanları böyük hörmətini qazanan “Malcolm X”-in ölümünün 52-ci ildönümündə onu sevənlər məzarını ziyarət edərək, bütün dünyada insanların sülh şəraitində yaşamaları üçün dualar oxuyublar.
Bəzi ziyarətçilər, “Malcolm X”-in məzarı üstünə tər-çiçək dəstələri düzdüblər, digərləri isə onun xatirəsini və fədakarlıqlarını gözyaşları içində anıblar.
Xatırladaq ki, 1964-cü ildə “Malcolm X”-dən təsirlənərək müsəlmanlığı qəbul edən əfsanəvi boksçu “Cassius Marcellus” adını Məhəmməd Əli ilə dəyişdirib.
Anar
Gununsesi.info











