Maldiv turistlər üçün qaydaları sərtləşdirdi

  • By admin
  • 11 Sentyabr 2020 19:26

Maldiv Respublikasına gələn əcnəbilər bundan belə ən azı 24 saat əvvəl koronavirusa dair PCR (polymerise chain reaction) testinin nəticəsini hökumət portalının xüsusi bölməsinə yükləməlidir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Maldives İmmigration” rəsmi təşkilatının açıqlamasına görə bu cür testlər səyahətə azı 72 saat qalmış aparılmalıdır.

Bu qayda bir yaşadək uşaqlara şamil olunmur.

 

 

Gununsesi.info