Malena Mard: “Çoxtərəfli danışıqlar aparacağıq”

  • By admin
  • 16 Noyabr 2016 13:13

Malena Mard

“Avropa İttifaqı Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir”.

Gununsesi.unfo-nun xəbərinə görə, bu haqda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə verdiy açıqlamda deyib. O bildirib ki, biz bir çox sahələri, o cümlədən iqtisadiyyat, ticarət, ətraf mühit, nəqliyyat, dövlət idarəçiliyi və s. əhatə edən çoxtərəfli danışıqlar aparacağıq: “Bizim üçün bu böyük layihədir.Lakin ümid edirik ki, işə mümkün qədər tez başlayacağıq. Çünki hər iki tərəfin maraqlı olduğunu hiss edirik. Həmçinin qeyd edilən sahələr üzrə mütəxəssislərin də təmsil olunacağı nümayəndə heyəti yaradılmalıdır. Onlar olmadan bu işi reallaşdırmaq çətin olar”, – deyə M. Mard bildirib.

Gülnaz qənbərli

Gununsesi.info