Avropa İttifaqı (Aİ) Azərbaycanla münasibətləri tənzimləyəcək yeni razılaşma barədə yeni ildən danışıqlara başlamağı səbirsizliklə gözləyir.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mard deyib.
O, bildirib ki, Azərbaycanla əməkdaşlığın yeni hüquqi müstəvidə qurulmasına qərar verilib: “Hazırkı hüquq müstəvisi 1996-cı ildə bərqərar olmuşdu. Daha dərin, daha əzmkar əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəvi formalaşdırmaq və razılaşdırmaq lazımdır.
M. Mard bir il ərzində Aİ-nin iki yüksək vəzifəli məmurunun bir ölkəyə gəlməsinin istisna hal olduğunu söyləyib.
Qeyd edək ki, bu ilin fevralında Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanın Federika Mogerini və Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsi Məşvərət Şurasının II iclasında iştirak etmək üçün Bakıda səfərdə olub.
Həmçinin, 2016 cı ildə Azərbaycanla Aİ arasında yaradılmış 4 altkomitədən 3-nün iclası keçirilib.
Gununsesi.info