Mali hakimiyyəti Kiyevin silahlı terrorçuların hərəkətlərini dəstəklədiyi üçün Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Mali hökumətinin sözçüsü Abdulaye Mayga məlumat verib.
Bundan əvvəl Seneqal Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Ukraynanın Dakardakı səfiri Yuri Pivovarov Dakardakı səfirliyin hesabında Ukrayna ordusunun terrorçulara dəstəyi ilə bağlı təbliğat videosu yayımlandığı üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl məlum olmuşdu ki, Mali silahlı separatçı qrupları CSP-DPA alyansından olan terrorçular Ukrayna ərazisində təlim keçirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna kəşfiyyatı Malidə Tuareq üsyançıları tərəfindən Vaqner PMC karvanının öldürülməsində iştirak etdiyini bildirmişdi.
İlhamə
Gununsesi.info