
Malidə Əl-Qaidə təşkilatı ardıcıl hücumlar təşkil edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı hücumlar zamanı 49 mülki vətəndaş və 15 hərbçi ölüb.
Faciəvi olaylar zamanı 64 nəfərin öldürülməsindən sonra ölkədə 3 gün yas elan edilib. İlk hücum Malidən Nigerə hərəkət edən sərnişin qayığına edilib.
İçində 300 sərnişini olan qayığa 3 raket zərbəsi vurulub. Qao bölgəsində isə hərbçilərə edilən hücumlar çoxsaylı itki ilə nəticələnib.
Keçid hökuməti hücuma qarşılıq olaraq əməliyyat başladıb. Hücumçulardan 50 nəfər öldürülüb.
Xatırladaq ki, Malinin şimal və quraq bölgələrində kök salan İŞİD və Əl-Qaidə ilə əlaqələri hərbi qruplar var.
Onların hücumlarına görə, son 11 ildə 6 milyondan çox insan yerindən köç etdi.
Tərcümə: Arzu