Malinin şimalında Mariam Sisse adlı gənc qadın cihadçılar tərəfindən qaçırılaraq edam edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.
Qardaşının sözlərinə görə, bacısı cihadçılar tərəfindən cümə axşamı günü həbs edilib və Mali ordusuna onların hərəkətləri barədə məlumat ötürməkdə ittiham olunub. Daha sonra qadın motosikletlə Tonka şəhərinə aparılıb və azadlıq meydanında güllələnib.
Təhlükəsizlik mənbələri də qadının ictimai şəkildə edam edildiyini təsdiqləyib. Onun “TikTok”da 90 mindən çox izləyicisi olub.












