
Silahlılar Malinin şərqində yerləşən silahlı qüvvələrin patruluna hücum edib.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, 24 hərbçi ölüb, 29 nəfər yaralanıb.
Bildirilir ki, Mali və Niger “sərhəd boyunca terrorçuları” izləmək üçün Tongo Tongo adlı birgə əməliyyat keçirblər:
“Bu əməliyyat çərçivəsində 18 Noyabr 2019 ildə, bazar ertəsi günü, Mali Silahlı Qüvvələrinin patrulu Tabankortda Qao (bölgəsində) hücuma məruz qalıb…”.