Malidə hərbi təyyarə qəza etdi – 140 adam can verdi

  • By arzu
  • 29 Sentyabr 2023 10:27

Malidə hərbi daşıma təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təyyarədə olan 140 adam həyatını itirib.

Hərbi təyyarənin muzdlu silahlı “Vaqner” qruplaşmasına aid olduğu iddia edilir.

“Ilyushin IL-76” tipli hərbi nəqliyyat təyyarəsi eniş edərkən platformada alovlanıb.

Sonra irəliləməyə davam edən təyyarəni platformanın bitişində dayandırmaq mümkün olmayıb.

Nəticədə, yol kənarına keçərək qəza edib. Təyyarənin rus pilotunun öldüyü bildirilir. Olayla bağlı araşdırma başladılıb.

İlkin məlumatlara görə, qəza təyyarənin yanacaq çənindəki bir problemdən qaynaqlanıb.

Qəzanın olması ilə bağlı muzdlu silahlı “Vaqner” qruplaşmasından və ya Mali iqtidarından təsdiq və ya inkar açıqlaması verilməyib.

 

Tərcümə: Arzu

Gununsesi.info