
Malinin qərbində ordu qüvvələrinə hücum olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı 6 nəfər öldürülüb, 9 əsgər yaralanıb.
Polis və yerli qaynaqlar ölənlərin və yaralıların sayını təsdiqləyib.
Olay Kita qəsəbəsindəki hərbçilərin pusquya salınması ilə gerçəkləşib.
Hücumun kimlər tərəfindən edildiyi dəqiq deyil.
Tərcümə: Arzu Sayadoğlu