Malidə qanlı toqquşmalar olub – Çoxlu sayda adam öldürüldü

  • By arzu
  • 13 Sentyabr 2023 19:24

Malidə qanlı toqquşmalar olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, üsyançılarla ordu arasında yaşanan qarşıdurmalar zamanı 10 nəfər əsgər öldürülüb.

2015-ci ildə silahlı mübarizəni buraxan Tuareq üsyançıları Mali ordusu ilə toqquşarkən 46 terrorçu öldürülüb.

Bu barədə ordu qaynaqlarının rəsmi açıqlamasında bildirilir. Onlardan 3 nəfəri rəhbər heyətdəndir.

Silahlı qruplarla Mali ordusu arasındakı insident ölkənin  şimalında yaşanıb.

Malinin Qao bölgəsində yerləşən Bourem şəhəri son zamanlar silahlı toqquşamalara səhnə olur.

Digər tərəfdən, 2015-ci ildə silahlı mübarizədən imtina edən qrupların yaratdığı “Azavad Hərəkətləri Koordinasiası” tərəfindən edilən açıqlamada Bourem şəhərinin ələ keçirdiyi bildirilir.

Onların iddiasına görə, 97 əsgər öldürülüb, özləri isə 9 nəfər itki veriblər.

 

Tərcümə: Arzu

Gununsesi.info