Malidə BMT sülhməramlılarına növbəti hücum olub

  • By admin
  • 16 Yanvar 2021 12:45

BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasına (MİNUSMA) məxsus avtomobilə hücum edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə BMT missiyasının məlumatında bildirilib.

Hadisə Malinin şimal-şəqində, Tesalı şəhərinin ətrafında baş verib. Belə ki, missiyanın yanacaq daşıyan avtomobilinə edilən bomba hücumu nəticəsinə iki sülhməramlı yaralanıb.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Daha sonra, partlayış yerindən yaxın yerdə başqa partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Gununsesi.org