Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar olub. Gununsesi.info “Trend.az”a istinadən xəbər verir ki, qurumun Direktorlar Şurasının qərarına əsasən, Asim Zülfüqarov baş icraçı direktorun müavini – Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar.
Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.
Gununsesi.info