Maliyyə nazirinin adı təcavüzdə hallandı

Maliyyə nazirinin adı təcavüzdə hallandı

Fransa Maliyyə Naziri Jerard Darmanen məhkəməlik olub.
Gununsesi.info unikal.orga-a istinadən xəbər verir ki, nazir haqqında yayılan təcavüz iddiasıyla bağlı məhkəmədə ifadə verib.
Məhkəmə prosesi 22 yanvarda baş versə də, sözügedən məsələ yeni mətbuata sızıb. Belə ki, 2009-ci ildə Darmanen tərəfindən təcavüzə uğradığını iddia edən qadın Paris Prokurorluğuna müraciət edib. O, isə bu iddiaların şər-böhtan olduğunu deyib və özü qarşı tərəfi məhkəməyə verib. Məsələ ilə bağlı Dermanen haqqında keçən il iyun ayında da istintaq başlanılıb, məhkəmə tərəfindən təqibsizlik qərarı verilib.
Gununsesi.info

COMMENTS