
2018-ci ildə Milli Məclisin ev sahibliyi ilə iki beynəlxalq tədbir keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı deyib.
O qeyd edib ki, 2017-ci ildə xarici ezamiyyət üçün vəsait az olsa da, beynəlxalq tədbirlərdə Milli Məclis layiqincə təmsil olunub: “Azərbaycanda hələ indiyə qədər parlament tərəfindən hansısa qonağın layiqincə qəbul olunmaması halı olmayıb. Maliyyə Nazirliyi ilə heç bir problem yoxdur. Gələn il Parlament İttifaqı Gənclərinin toplantısı və ATƏT xətti ilə İpək Yolu dəstək proqramı üzrə 30 ölkənin iştirakı ilə tədbir keçiriləcək”.
O.Əsədov bildirib ki, bunlar büdcədə nəzərdə tutulmasa da, əlavə tədbir kimi olacaq.
Mürtəza
Gununsesi.info