Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarınaMÜRACİƏT EDİB

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata dörə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

Maliyyə vəziyyəti haqqında.

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

“Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və sizin təşkilatınızın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyi təqdim etməlisiniz”, – deyə məlumatda qeyd olunub.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT təmsilçiləri www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilər.

Gununsesi.info

COMMENTS