Maliyyə Nazirliyi tələbələrin pulunu niyə köçürmür?- UNİVERSİTETLƏR ŞİKAYƏTÇİDİR

Maliyyə Nazirliyi tələbələrin pulunu niyə köçürmür?

Azərbaycan Texniki Universiteti (AzTU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, universitetin mətbuat xidmətindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəsissələrində təqaüdlər dövlət tərəfindən verilir: “Universitet semestr sonu tələbələrin müvəfəqiyyət göstəricilərini analiz edərək, yəni təqaüd alıb-almayacaqlarını, həmçinin nə qədər təqaüd alacaqlarını müəyyən edir. Sonra bu nəticələr tələbələrə təqaüd ödənilsin deyə Maliyyə Nazirliyinə göndərilir. Başqa universitetlərdə olduğu kimi, Azərbaycan Texniki Universiteti də bu nəticələri Maliyyə Nazirliyinə göndərib”.

Qeyd olunub ki, Maliyyə Nazirliyində bütün bu nəticələr sistemləşdirilir və tələbələrə kart vasitəsi ilə təqaüd ödənilir: “Əslində bu proses hər zaman belə olub. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, tələbələrimizin təqaüdləri Maliyyə Nazirliyinin müafiq prosesi yekunlaşdırmasından sonra ödəniləcək. Məlumata görə, yaxın günlərdə, bu həftənin sonuna kimi təqaüdlər tələbələrin hesabına köçürüləcək. Lakin bir daha qeyd etmək istəyirik ki, bu proses hər zaman belə olub. Tələbələr təqaüdü imtahan nəticələrinə uyğun olaraq aldıqları üçün semestr sonları bu cür gecikmələr yaranır”.

Xatırladaq ki, tələbələr yeni ildən sonra hələ də təqaüdlərini ala bilməyiblər. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. AzTU-da təxminən 4000-ə yaxın təqaüd alan tələbə var.

Gununsesi.info

COMMENTS