Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

  • By admin
  • 13 Oktyabr 2016 19:29

maliyye

 

Oktyabrın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

HTML tutorial

BFB-dən Gununsesi.info-ya bildiriblər ki, istiqrazların ümumi həcmi 20 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il aprelin 18-dir. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Gununsesi.info