Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

  • By admin
  • 17 Aprel 2017 15:08

maliyye nazirliyi

Aprelin 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Gununsesi.info-ya bildiriblər ki, istiqrazların ümumi həcmi 60 milyon və 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 və 182 gün, ödəmə tarixi oktyabrın 17-si və 2018-ci il aprelin 17-dir. “PAŞA Kapital” QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Gununsesi.info