Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda kommersiya banklarına xəbərdarlıq məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik”, – deyə R. Aslanlı bildirib.
R. Aslanlı vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı Palataya müraciət etməyini xahiş edib.
Gununsesi.info