Maliyyə, Vergilər Nazirliyi, Gömrük Komitəsi “Kinematoqrafiya haqqında” qanundan nələrin çıxarılmasını istəyir?

  • By admin
  • 16 Sentyabr 2016 21:15

rafael-huseynov

“Kinematoqrafiya haqqında” təkmil və mükəmməl yeni qanunun qəbuluna böyük ehtiyac var. Artıq belə bir qanun layihəsi də hazırdır və onunla bağlı bir sıra dövlət qurumlarından rəylər də almışıq”.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 16-da keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov dilə gətirib.

O, qeyd edib ki, kino sənəti, kinematoqrafiya mədəniyyətin böyük bir hissəsidir və onun hüdudları çox genişdir:

Məhz bu baxımdan, eləcə də,  dövrün reallıqlarına, çağırışlarına cavab verəcək yeni bir qanunumuz olmalıdır. Belə bir qanun layihəmiz də artıq neçə müddətdir hazırdır. Həmin sənədədə də rəy verilməsi üçün onu Maliyyə, Vergilər, İqtisadiyyat, Ədliyyə nazirliklərinə, Dövlət Gömrük Komitəsinə, Müəllif Hüquqları Agentliyinə, Dövlət Film Fonduna və digər qurumlara göndərmik.  Artıq Maliyyə. İqtisadiyyat, Vergilər, Ədliiyə nazirliklərindən, Dövlət Gömrük Komitəsindən də müvafiq rəylər almışıq. Həmin rəylərin işərisində bizləri qane edən məqamlar da var, qane etməyən məqamlar da. Amma biz hesab edirik ki, qanun latihəsində qeyd olunan məqamlar nəzəra alınmsa, o zaman həmin sənəd “dişsiz” sənəd olacaq.  Biz isə istəyirik ki, bu sənəd Azərbaycanda kinonun, kinematoqrafiyanın inkişafına böyük töhfə versin. Biz həmin məqamları da məhz təcrübədən çıxış edərək orada qeyd etmişik. Xüsusilə, bu sahədə böyük uğurlar əldə etmiş qonşu Gürcüstanın təcrübəsindən çıxış etmişik. Çünki orada kino son illər çox böyük sıçrayışla inklişaf edib“.

Komitə sədrinin dediyinə görə,   Vergilər və Maliyyə nazirlikləri qanun layihəsindən vergi güzəştlərini nəzərdə tutan 35-ci maddənin çıxarılmasını təklif edir. Dövlət Gömrük Komitəsi isə qanun layihəsindən müddətli güzəştləri nəzərdə tutan 36-cı maddənin sənəddən çıxarılmasını istəyir:

“Bilirsiniz, Azərbaycanda bır çox sahələr var ki, orada vergilər ləğv olulunub. Eyni zamanda, bir sıra sahələr var ki, orada müddətli güzəştlər tətbiq olunub. Bu baxımdan hesab edirik ki, kino sahəsi də ayağa qalxana kimi o həm vergilərdən azad olunsun, həm də bu sahəyə müddətli güzəştlər tətbiq edilsin. Qonşu Gürcüstanda da məhz bu yolla kinonun sıçrayışlı inkişafına nail olunub”.

Komitə sədri qanun layihəsi ilə bağlı müzakirələrin, məsləhətləşmələrin, təkmilləşdirmələrin hələ də davam etdirildiyini bildirərək, onun parlamentin payız və yaxud, yaz sessiyasının açıq müzakirəsinə çıxarılmasının vacibliyini  vurğulayıb.

Kamil Həmzəoğlu

Gununsesi.info