Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azaldılmasını təsdiqlədi - AÇIQLAMA

  • By admin
  • 23 Yanvar 2021 09:03

İkinci Qarabağ müharibəsində döyüşən hərbi qulluqçuların əmək haqlarının yarıya endirilməsi barədə xəbər yayılıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, bunun bağlı qərarı Maliyyə Nazirliyi verib.
Gununsesi.info bildirir ki, Maliyyə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.
Həmin açıqlamada deyilir: Maliyyə Nazirliyi hərbi qulluqçuların maaşlarının azaldılması iddialarına münasibət bildirib.

Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.

Günay

Gununsesi.info