Malta Fələstin dövlətini rəsmi olaraq tanıdığını bazar ertəsi Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında elan edəcək.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki.
Baş nazirlik bildirib ki, bu addım bir sıra ölkələrin mövqeyi ilə üst-üstə düşür.
Xatırladaq ki, Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya artıq Fələstin dövlətini tanıyıb. Bu qərarlar Qəzzadakı müharibəyə son qoymaq və iki dövlətli həll yolunu təşviq etmək məqsədi daşıyır. Fransa və digər dövlətlərin də yaxın günlərdə eyni addımı atacağı gözlənilir.
Şəbnəm










