Manaf Ağayev qohumunun qəzaya düşmə xəbərindən DANIŞDI

  • By admin
  • 11 İyul 2017 10:26
manaf
Tanınmış müğənni Manaf Ağayev qohumunun qəzaya düşməsi barədə yayılan xəbərə münasibət bildirib.
Gununsesi.info bildirir ki, ifaçı “qafqazinfo”ya açıqlamasında qəzaya düşən Ağayev Mahir Zahid oğlunun qohumu olmadığını söyləyib:
“Mənim belə ad, soyadlı qohumum yoxdur, yayılan xəbərlər yalandır, əsassızdır”.
Xatırladaq ki, APA-nın yaydığı məlumatda sənətçinin qohumu Hacıqabul-Horadiz magistralında “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Gununsesi.info