Manaf Ağayevin keçdiyi postlarda araşdırmalar BAŞLADI

  • By admin
  • 18 Fevral 2022 16:22

Müğənni Manaf Ağayev və “Tender kralı” kimi tanınan iş adamı dostu Sənan Hüseynov işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı keçdikləri polis postlarında yoxlamalar başlanılıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin ( DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar Füzuli rayonuna qədər olan bütün postlarda aparılır:

“Araşdırmanın nəticəsinə uyğun yekun qərar veriləcək”.

Qeyd edək ki, müğənni Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Gununsesi.info