Manaf Ağayevin maşınını özünə yeni qaytarıblar

  • By admin
  • 02 Aprel 2022 14:49

Müğənni Manaf Ağayev vəkil Adəm Məmmədovun ona məxsus “Mercedes”i hələ də polisin qaytarmaması barədə bəyanatını təkzib edib.

Müğənni deyib ki, maşını özünə qaytarılıb.
Onun bu sözlərindən belə çıxıb ki, Adəm Məmmədov yalan danışıb.

Gununsesi.info-ya açıqlamasında isə Adəm Məmmədov deyib ki, avtomobilin qaytarılmaması barədə müğənni üç gün qabaq ona məlumat verib.

“Görünür, yeni qaytarıblar deyə, o məni təkzib etməyə çalışıb”.

Gununsesi.info