Manaf Ağayevin oğlu həbs edildi -YENİLƏNDİ

  • By admin
  • 13 Mart 2023 21:33

Manaf Ağayevin oğlunun saxlanılmasının təfərrüatı məlum olub.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, Müşfiq Ağayev avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən Müşfiq Ağayevin çox ağır şəkildə sərxoş olduğu məlum olub və o, polislərlə mübahisəyə girişib, onları ağır formada təhqir edib.

Onun haqqında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün protokol tərtib olunub, bundan əlavə, faktla bağlı məlumatlar məhkəməyə təqdim edilib.

Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilib.

20:44

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

Gununsesi.info