Məşhur müğənni Manaf Ağayevlə Manşet.az xəbər saytının baş redaktoru arasında son bir neçə gündür davam edən gərginlik başa çatıb.
Gununsesi.info-nun məlumatına görə, tərəflər polis şöbəsində bir araya gətirilib və qarşılıqlı razılıq əsasında hər iki şəxs bir-biri haqqında paylaşdıqları videoları silib.
Xatırladaq ki, bir neçə gün əvvəl tərəflər sosial şəbəkələrdə bir-birlərini hədəf alan videolar paylaşmışdılar.
Daha sonra jurnalist Əli Vəliyev Manaf Ağayevin adından təhdid olunduğunu bildirərək polisə müraciət etdiyini açıqlamışdı.
Manaf Ağayev isə həmin şəxsin sadəcə pərəstişkarı olduğunu, ona heç bir göstəriş vermədiyini və baş verən hadisə ilə əlaqəsinin olmadığını vurğulamışdı.
Elmar












